“Tünzalədən reytinq qazanmayın, günahdır” - Məlahət Abbasova

22 Sentyabr 2018 15:37 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, aktrisa sosial şəbəkədə qeyd edib ki, proqram heyəti həmkarını aciz göstərir və ona stres yaşadır:

“Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır”.

AzNews.az