Paşinyan "oğru"lara qucaq açır - Avtoriteti azadlığa buraxdı

22 Sentyabr 2018 15:57 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Asatryanın vəkili məlumat verib.

Don Pipo Ermənistanın Respublika partiyasından olan deputat Manvel Qriqoryan və onun oğlu sabiq mer Karen Qriqoryanla konfliktə görə bu ilin 16 iyununda həbs edilib.

Asatryan Ermənistanda baş verən mitinqlər zamanı Qriqoryanlara qarşı sərt mövqe tutub və iğtişaşçıları öz doğma şəhəri Eçmiadzinenin merinə qarşı qaldırıb.

Kriminal keçmişi olan Artur Asatryan İtaliyada yaşayıb və oradakı fəaliyyətinə görə “Don Pipo” ləqəbini alıb.

Erməni mediası ehtimal edir ki, Artur Asatryanın azadlığa buraxılması birbaşa Nikol Paşinyanın əmridir və baş nazir Don Piponun imperiyasından öz məqsədləri üçün istifadə edə bilər.