Sabah hava isti olacaq

1 Aprel 2013 10:49 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 2-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman,şərq rayonlarında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-19, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza əsasən, aprelin 2-dən 4-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzNews.az