Putin Əsədin telefonlarına cavab vermir - İsraildən iddia

22 Sentyabr 2018 16:52 (UTC+04:00)

Belə bir iddia ilə İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats çıxış edib.

Katz Rusiya tərəfinin açıqlamalarının əksinə olaraq Putinin olayla bağlı İsraili deyil, Əsədi günahkar bildiyini deyib: "Əsəd onunla əlaqə saxlamağa çalışdı, lakin Putin reaksiya vermədi. Rusiya Əsədə və Suriyadakı Hizbullaha silah yollayan İrana çox qəzəblidir".

Digər bir iddiaya görə İsrail heyəti məsələyə aydınlıq gətirmək üçün Moskvaya getsə də, heyətin təqdim etdiyi məlumatlar Rusiya tərəfindən qəbul edilməyib. Belə bir iddia ilə isə Hizbullah və Əsəd rejiminə yaxın, mərkəzi Livanda yerləşən Al Mayadeen televiziyası və İsrailin Haaretz qəzeti çıxış edib. ("qafqazinfo")

AzNews.az