Suriya məsələsi Nyu-Yorkda müzakirə ediləcək

22 Sentyabr 2018 19:40 (UTC+04:00)

Xarici KİV-in xəbərinə görə, həmkarı ilə görüşdən sonra açıqlama verən Çavuşoğlu Soçi razılaşması ilə bağlı da fikir bildirib. Onun sözlərinə görə, atəşkəsə tamamilə əməl edilməli və diqqəti siyasi həllə yönəltmək lazımdır.

Çavuşoğlu gələn həftə keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında prezident Rəcəb Tayyib Ərdoğanla birgə iştirak edəcək. Türkiyə XİN rəhbəri bildirib ki, Nyu-Yorkda rus və iranlı həmkarları ilə Suriya məsələsilə bağlı iclas keçirəcəklər. (metbuat.az)

AzNews.az