Azərbaycanın sığorta bazarı 40 faiz artıb

22 Sentyabr 2018 19:45 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir.

Həmin dövr ərzində sığorta şirkətlərinin ödəmələri 169 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 1,2 faiz çoxdur.

Hesabata əsasən, bazarda qeydə alınan yığımların 72 faizi (374,7 milyon manat) könüllü sığortanın, 28 faizi (142,3 milyon manat) icbari sığortanın payına düşüb. Könüllü sığorta üzrə ödəmələrin payı 74 faiz (124,6 milyon manat), icbari sığorta üzrə ödəmələrin payı 26 faiz (43,9 milyon manat) təşkil edib.

AzNews.az