FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

22 Sentyabr 2018 21:09 (UTC+04:00)

FHN-dən bildiriblər ki, məşqin keçirilməsində məqsəd baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza xilasetmə və yanğınsöndürmə qüvvələrinin hadisələrin qarşısının alınmasına cəlb olunması, rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətin, eləcə də rəhbərlik tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.

Məşqin keçirilməsinə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, “Azərikimya” İstehsalat Birliyinin təmir tikinti idarəsinin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb olunub.

Məşq vaxtı şərti olaraq baş vermiş fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyəsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət əyani nümayış etdirilib.

Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunub. (AZƏRTAC)

AzNews.az