Azərbaycan millisindən növbəti qələbə

23 Sentyabr 2018 11:05 (UTC+04:00)

ARAF-dan AZƏRTAC-a verilən məlumata görə, yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inamlı qələbəsini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka-fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Oru¬cov böyük hesablı növbəti qələbə münasibətilə idmançılarımızı təbrik edib, oyunun nəticəsindən məmnunluğunu ifadə edib və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan millisi sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının sentyabrın 24-də keçiriləcək 3-cü turunda Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turda isə hazırkı Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

AzNews.az