“Google“un 1 aprel zarafatı- VİDEO

1 Aprel 2013 11:37 (UTC+04:00)
"Google" şirkəti istifadəçiləri ilə zarafat edib və onlara, "Youtube" portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb.


"Aprelin 2-də gecə yarısı "Youtube" portalı fəaliyyətini dayandıracaq. Bu, mütəxəssislərin növbəti 10 il ərzində bütün zamanlarda yerləşdirilmiş ən yaxşı videonun müəllifinin müəyyənləşdirməsi üçün edilir", - deyə şirkətdən bildirilib.

Bundan başqa, "Google" istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək. Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş. Qeyd edək ki, hazırda "Youtube"un auditoriyası 1 milyard nəfərdir.

AzNews.az