Premyer Liqada turun mərkəzi oyunu

23 Sentyabr 2018 13:04 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, beşinci turun ikinci gününün ilk oyununda “Keşlə” klubu doğma meydanda “ASK Arena”da “Sumqayıt” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Turun mərkəzi qarşılaşması isə “Azərsun Arena”da baş tutacaq. Keçən mövsüm Topaz Premyer Liqasının çempionu “Qarabağ” və gümüş mükafatçısı “Qəbələ” üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilən son 10 oyunda üstünlük Ağdam təmsilçilərindədir. Beş dəfə “Qarabağ” klubu, üç oyunda isə “Qəbələ” klubu qələbə qazanıb. İki oyunda heç-heçə qeydə alınıb.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunun hakimi Əliyar Ağayevdir.

AzNews.az