Bakıda qorxunc hadisə: avtomobillər... - Fotolar

23 Sentyabr 2018 14:12 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, “Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.

Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib.

AzNews.az