“Təcili yardım” adam vurdu

23 Sentyabr 2018 19:29 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az