Prezidentlik uğrunda 25 nəfər yarışacaq - Gürcüstanda

23 Sentyabr 2018 20:37 (UTC+04:00)

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.

AzNews.az