Türkiyə Paraqvayda səfirlik açır

24 Sentyabr 2018 08:11 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir: "Türkiyə Asunsyonedə öz səfirliyinin açılması üçün zəruri hüquqi prosedurları başa çatdırıb və Armaqan İnci Ersoy bizim ilk səfirimiz seçilib. Paraqvay da, gözlənildiyi kimi, lazımi prosedurları tezliklə başa çatdıracaq".

Qeyd edilir ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assamleyasının 73-cü sessiyası çərçivəsində paraqvaylı həmkarı Luis Alberto Kastiloni ilə görüşüb: "Görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin olduğu təsdiqlənib".

AzNews.az