Şəmkirdə ağır yol qəzası - İki nəfər həyatını itirdi

24 Sentyabr 2018 08:28 (UTC+04:00)

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az