“Rəhbərlik barəmdə hansı qərarı versə, ona hörmətlə yanaşacam” - Baş məşqçi

24 Sentyabr 2018 08:43 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a səfərdə 1:4 hesablı məğlubiyyətdən sonra deyib.

O, jurnalistlərin digər suallarını da cavablandırıb:

- Liderdən 9 xal geridəsiniz. Çempionluq iddianız davam edir?

- Biz mübarizəmizi aparırıq.

- “Qarabağ” neçənci heyətlə meydana çıxmalıdı ki, xal qazana biləsiniz?

- “Qarabağ”da ikinci heyət yoxdur. Onların hər bir futbolçusu yüksək səviyyəlidir.

- Uğursuzluğun səbəbkarı kimdir?

- Baş məşqçi mənəm və məsuliyyət də mənim üzərimə düşür.

- Tərlan Əhmədovun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan xəbərlər işinizə mane olmur?

- Uzun illərdir bu komandadayam. Rəhbərlik barəmdə hansı qərarı versə, ona hörmətlə yanaşacam. “Qəbələ” üçün ən xeyirlisi nədirsə, o da olsun.

AzNews.az