“Manqurt” Akademik Milli Dram Teatrında

24 Sentyabr 2018 09:51 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.aza verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var, əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, səhnələşdirəni İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il bir çox ölkədə böyük qırğız yazıçı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

AzNews.az