“Kia” dirəyə çırpılıb yandı – Bakıda

24 Sentyabr 2018 11:17 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Nizami rayonunda "Kia" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə maşın alovlanıb. Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanaraq sıradan çıxıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az