Georgi Şaroyev haqqında monoqrafiya çap olunub

24 Sentyabr 2018 11:21 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, monoqrafiyada Azərbaycan musiqi incəsənətində fortepiano ifaçılığı sənətinin banisi, Azərbaycanın əməkdər incəsənət xadimi, rus fortepiano məktəbinin nüməyəndəsi Georgi Şaroyevin həyat və yaradıcılığı faktoloji materiallar əsasında ilk dəfə müfəssəl araşdırılıb.

Z. Əsədov Azərbaycan və Qərbi Avropa musiqisinin tarixi inkişaf mərhələləri arasında paralellər aparmaqla Azərbaycanda klassik musiqi ənənələrinin nisbətən gec meydana gəlməsinin səbəblərinə də aydınlıq gətirib.

Qeyd edək ki, “Georgi Şaroyev fenomeni” monoqrafiyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunub.

Xatırladaq ki, Z. Əsədov Səbail rayonu Bülbül adına orta ixtisas musiqi məktəbinin məzunudur. O, Fransada, İtaliyada, Azərbaycanda bir sıra musiqi müsabiqələrinin laureatı olub.

AzNews.az