"Təhsil almağın əsas vasitəsi təlimdir..." Təhsil üzrə ekspert

24 Sentyabr 2018 13:03 (UTC+04:00)

“Heç kəsə gizli deyil ki, pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi, xüsusilə də müəllim nüfuzunun qaldırılması ilə bağlı məsələlərdə həllini tapmayan müəyyən məqamlar hələ də mövcuddur”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov bu il Azərbaycanda təhsilin keyfiyyətindən gözləntiləri PİA.az-a şərh edərkən qeyd edib.

Hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Buraya məktəbəqədər tərbiyə müəssisələrindən başlamış təhsil akademiyalarına qədər çox müxtəlif təhsil ocaqları daxildir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır. Eyni zamanda təhsilin inkişafı, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.

AzNews.az