2 tondan artıq narkotik müsadirə edildi - Gədəbəydə

24 Sentyabr 2018 14:14 (UTC+04:00)

Məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Slavyanka kənd sakini Amin Məmmədovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 ton 249 kiloqram olan 173 ədəd çətənə kolu, habelə yaşadığı evdən isə 105 kiloqram 900 qram marixuana aşkar edilərək götürülüb.

AzNews.az