Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: "Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.
Qeyd edək ki, "ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev bu gün tutduğu vəzifələrdən azad ediliblər. (Unikal.org)
AzNews.az