İnternetdə tanış olduğu qadını və uşağını vəhşicəsinə döydü

24 Sentyabr 2018 15:26 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs internetdə tanış olduğu qadını evinə dəvət edib. Qadın uşağı ilə onun evinə gedib. Kişi qapını arxadan bağlayaraq, qadını və 6 yaşlı uşağını vəhşicəsinə döyüb. Evdən gələn səsləri eşidən qonşular polisə zəng edib.

Hadisə yerinə gələn polisləri görən şəxs bıçaqla girovları öldürəcəyini deyib. Pəncərəni qırıb evə girən polislər qadın və uşağı xilas edə biliblər.

Həmin şəxs polislər tərəfindən tutularaq istintaqa cəlb olunub, qadın və uşaq isə xəstəxanaya yerləşdirilib.

Nigar CƏFƏR

AzNews.az