"Terrorçuları İran tərəfindən amansız intiqam gözləyir..."- İranın müdafiə naziri

24 Sentyabr 2018 16:43 (UTC+04:00)

Bu fikiri İranın müdafiə naziri Əmir Hatəmi səsləndirib.

Nazir bildirib: "Bu axmaq və insanlığa sığmayan addım Tehranı siyasi kursundan döndərə bilməz".

Ə.Hatəmi əlavə edib ki, terrorçuları İran tərəfindən amansız intiqam gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib. Hadisə zamanı 29 nəfər ölüb, 70-ə yaxın nəfər yaralanıb. (Trend)

AzNews.az