Avropa Liqasında klubların sayı azaldılacaq

24 Sentyabr 2018 20:02 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin prezidenti Andrea Anyelli məlumat verib.

“Yuventus”un da prezidenti olan Anyelli 3-cü turnirin formatı üzrə çalışdıqlarını bildirib.

Məlumata görə, yeni turnir 2021/22-ci illər mövsümündə start götürəcək. Bu yarışda 96 klubun iştirakı nəzərdə tutulub. Məhz həmin mövsümdən sonra Avropa Liqasında iştirakçı sayı 48-dən 32-yə düşəcək.

Qeyd edək ki, Çempionlar Liqasında isə klub sayı 32 qalacaq.

AzNews.az