İngiltərənin müxalif partiyası Brexitlə bağlı konfrans keçirdi

24 Sentyabr 2018 20:56 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, müxalif İşçi Partiyası yeni bir referendum kampaniyası ilə bağlı konfrans təşkil edib. Partiyanın rəhbəri Ceremi Kornbi ikinci referendumun keçirilməsi ilə bağlı 100-dən artıq müraciət aldığını söyləyib.

Qeyd edək ki, Baş nazir Tereza Mey “The Sunday Telegraph” qəzetinə müsahibəsində hökumətin yeni referenduma razılıq verməyəcəyini demişdi.

AzNews.az