UEFA Çexiya klubuna qarşı intizam işi açdı

24 Sentyabr 2018 21:35 (UTC+04:00)

"Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırma Çempionlar Liqasının I turunda evdə Rusiya MOİK-i ilə matçda baş verən hadisələrlə bağlı aparılacaq.

Həmin qarşılaşmada Çexiya təmsilçisinin azarkeşləri meydana plastik butulka və digər əşyalar atmaqda ittiham olunurlar.

Qeyd edək ki, "Viktoriya" - MOİK matçı 2:2 hesabı ilə yekunlaşıb.

AzNews.az