2018-ci ilin ən yaxşı qolu - Video

24 Sentyabr 2018 23:28 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə 2018-ci ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib.

Bu, İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya "Real Madrid"inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

AzNews.az