Leysan yağışlar 11 can aldı

25 Sentyabr 2018 07:09 (UTC+04:00)

Trend-in "Times of India"ya istinadən verdiyi məlumata əsasən, leysan yağışlar və onların törətdiyi torpaq sürüşmələri nəticəsində bir neçə nəfər xəsarət alıb. Yağışlar əsasən ölkənin şimal ştatlarına (Cammu, Kaşmir, Pencab, Himaçal-Pradeş və Haryana) ziyan vurub.

Qeyd olunur ki, Pencab ştatında qırmızı təhlükə səviyyəsi elan olunub, Cammu, Kaşmir və Himaçal-Pradeşin əksər hissəsində məktəblər bağlanıb.

AzNews.az