Amerikalı diplomat evində ölü tapıldı

25 Sentyabr 2018 07:31 (UTC+04:00)

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin bazar günü yayılan bəyanatında deyilir.

"Biz çox böyük təəssüf hissi ilə təsdiq edirik ki, ABŞ Dövlət Departamentinin əməkdaşı sentyabrın 21-nə keçən gecə öz evində ölü tapılıb", - deyə o bildirib.

Noyertin sözlərinə görə, ABŞ hökuməti hazırda yerli hüquq-mühafizə orqanları ilə birgə təhqiqat aparır və bir şübhəli şəxs saxlanılıb.

AzNews.az