Məşhur idmançı məşqçisini yalan danışmaqda ittiham etdi

25 Sentyabr 2018 08:00 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, onun öz məşqçisini yalan danışmaqda ittiham etdiyi müsahibəsi "The Project" şousunun "Twitter" mikrobloqunda dərc olunub.

İdmançının sözlərinə görə, məşqçi oyun zamanı heç vaxt ona işarə verməyib:

"Onun nə danışdığını anlamıram. Mən ondan soruşdum: heç bir işarə olmayıb. Bizim aramızda heç vaxt heç bir işarə olmayıb. O, əl-qol hərəkətləri ilə mənə nəsə göstərişlər verdiyini deyir".

Tennisçi əlavə edib ki, Muradoğlunun "US Open-2018"in finalında baş verən hadisəni təhrif etməsində heç bir məna görmür.

AzNews.az