Ərdoğan Quterreşlə görüşdü

25 Sentyabr 2018 08:40 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, görüş ABŞ-ın Nyu-York şəhərində baş tutub. Qeyd edək ki, daha öncə Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün ABŞ-a yollanıb.

Suriya məsələsi ilə yanaşı, tərəflər bir sıra qlobal və regional məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti həmçinin İran prezidenti Həsən Ruhani və Yaponiyanın baş naziri Sindzo Abe ilə də görüşüb.

AzNews.az