Leysana görə 45 nəfər itkin düşüb - 35-i tələbədir

25 Sentyabr 2018 11:37 (UTC+04:00)

Xarici KİV-lər xəbər verir ki, Himaçal-Paradeş ştatının Laxul və Spiti bölgələrində 45 nəfərdən heç bir xəbər yoxdur. Bildirilir ki, itkin düşənlərin 35-i Texnologiya Universitetinin tələbələridir.

Daha əvvəl Hindistan mediası güclü yağışlardan sonra yaranan sürüşmədə 11 nəfərin öldüyünü yazmışdı. Ölkənin bir çox ştatında fövqəladə vəziyyət elan olunub. (qafqazinfo)

AzNews.az