Ən yaxşı tank bölüyü uğrunda yarışlara start verilib

25 Sentyabr 2018 11:41 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır.

Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək.

Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.

AzNews.az