Bakı Uşaq Teatrı açılışa hazırlaşır

25 Sentyabr 2018 12:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, teatr yeni mövsümünü sentyabrın 26-da açacaq.

Teatrdan verilən məlumata görə, sentyabrın 26-sı təsadüfü seçilməyib: “Bu tarix qardaş Türkiyədə 1932-ci ildən Türk Dili Bayramı kimi qeyd olunur. Açılışda balaca seyrçilərə bayram şousu, repertuarındakı tamaşalardan səhnələr, Tofiq əminin iştirakı ilə illuziya nömrələri, şou-proqram nümayiş olunacaq”.

27 sentyabrda isə böyüklər üçün tamaşa Dillər Universitetində nümayiş olunacaq. Tamaşaçılar Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?!” əsəri əsasında Elşən Zeynallının quruluşunda eyniadlı tamaşaya baxacaqlar.

Bahar RÜSTƏMLİ
AzNews.az