Meyiti tapılan kişinin ölüm səbəbi bilindi - Unitazda oturduğu yerdə keçinib

25 Sentyabr 2018 14:00 (UTC+04:00)

Rayonun Göyəm kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyev unitazda oturduğu yerdə ölüb:

“Kamil yaşlı kişidir. Ayaqyoluna girib, unitazda oturduğu yerdə keçinib. Yaşlı adamdır, görünür ürəyində problemi olub”.

Qeyd edək ki, Zaqatala rayonunda “Ayşə” şadlıq evinin ayaqyolunda kişi meyiti tapılıb. Ölən şəxsin Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyev oldğu müəyyənləşib.

Bahar RÜSTƏMLİ
AzNews.az