Həsənağa Turabov-75

1 Aprel 2013 15:18 (UTC+04:00)
Xalq artisti, mərhum sənətkar Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Aprelin 2-də Akademik Milli Dram Teatrında baş tutacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələri çıxış edəcək, aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən fraqmentlər göstəriləcək.


Bahar Rüstəmli
AzNews.az