Ərdoğan Avropanın ən böyük məscidini açacaq - Almaniyada

25 Sentyabr 2018 18:05 (UTC+04:00)

Oxu.Az “NEWSru.co.il” portalına istinadla xəbər verir ki, məsciddə eyni vaxtda 1200 insan ibadətlə məşğul ola bilər.

Onun ərazisində kitabxana, ticarət mərkəzi, 600 nəfərlik konfrans zalı, seminarların keçirilməsi üçün oturacaqlar və avtodayanacaq var.

“Bu, Almaniyada və bütün Avropada ən böyük məsciddir. O, sülh, qardaşlıq və birgəyaşayış mədəniyyətini təbliğ edir”, - birliyin rəhbəri Nevzat Aşikoğlu deyib.

AzNews.az