“07” traktorla toqquşdu - Yaralananlar var

25 Sentyabr 2018 19:05 (UTC+04:00)

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xoruzdu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Elçin Mehdiyev və sərnişinləri - Ramal Mehdiyev, Qərənfil Mehdiyeva və İradə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az