Bakıda sərnişin dolu avtobus alışdı - Anbaan video

25 Sentyabr 2018 19:25 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzNews.az-a açıqlamasında bildirib ki, avtobusun mühərriki texniki nasazlıq səbəbindən alışıb:

“Məsələ nəzarətdədir. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb”.

Qeyd edək ki, hadisə ilə bağlı görüntüləri azxəbər.com saytına hadisə şahidləri göndərib.

Videogörüntülərdən məlum olur ki, mühərrikdəki yanğın sürücü tərəfindən söndürülüb.

AzNews.az