Maşın dərəyə düşdü - Sürücü öldü

25 Sentyabr 2018 21:19 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən - Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu "VAZ-2121" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

AzNews.az