Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

25 Sentyabr 2018 21:52 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu “RİA Novosti-yə "Lobaev Arms" şirkətinin təsisçisi və baş konstruktoru Vladislav Lobayev bildirib.

O bu mövzunu diqqətlə öyrəndiklərini vurğulayıb: "Düşünürəm ki, müəyyən dövlət dəstəyi ilə artıq təqribən bir il ərzində başlanğıc uçuş sürəti saniyədə 2 min metr olan snayper gülləsi yaratmaq mümkündür. Bu, artıq hipersəsli deməkdir".

Mütəxəssis belə güllələrin yüksək dəqiqlikli snayper silahlarına lazım olduğunu vurğulayıb: "Bu, yeni uzaqlıq səviyyəsini və sərrast nişanalmanı təmin edəcək".

Qeyd edək ki, əksər müasir snayper tüfənglərinin gülləsinin başlanğıc sürəti saniyədə 1200 metrədək olur.

AzNews.az