Formasını yerə çırpan futbolçu necə cəzalandırıldı?

25 Sentyabr 2018 22:06 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunun 90+3-cü dəqiqəsində “sarı-göylər”in futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 oyunluq cəza verilib. Klub isə 240 manat cərimə olunub.

Onu da qeyd edək ki, Eltac meydançanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb. Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında heç də birmənalı qarşılanmayıb. Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.

Belə ki, futbolçunun bir aylıq məvacibi kəsilib və bir müddət məşqlərdən kənarlaşdırılıb. Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.

AzNews.az