“Monako” yenə məğlub oldu - Video

25 Sentyabr 2018 23:34 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən mövsümü 2-ci pillədə başa vuran “Monako”nun uğursuz çıxışı davam edir.

Öz meydanında “Anje” ilə qarşılaşan “Monako” meydanı 0:1 hesabı ilə məğlub olaraq tərk edib. Qonaqlara qələbə qazandıran qolu 27-ci dəqiqədə Bahoken vurub.

Qeyd edək ki, 7 turdan sonra 1 qələbə, 3 bərabərliyi və 3 məğlubiyyəti olan “Monako” 6 xalla 16-cı pillədədir. “Anje” isə bu qələbədən sonra xalını 10-a çatdıraraq 8-ci pilləyə yüksəlib.

AzNews.az