Avtobus uçuruma yuvarlandı - 21 nəfər öldü

26 Sentyabr 2018 07:18 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, əvvəlcə yeddi nəfərin öldüyü xəbər verilib. Avtobus ölkənin cənub-qərbində yerləşən Kusko və Santo-Tomas şəhərləri arasında, Çumbivilkas əyalətində dağ yolundan uçuruma yuvarlanıb. Həmin ərazidə uçurumun hündürlüyü təqribən 300 metr təşkil edib.

İlkin məlumatlara görə, hadisəyə avtobusun digər avtomobil ilə toqquşması səbəb olub. Həmin maşının sürücüsü hadisə yerindən qaçıb.

AzNews.az