Hərbçilər miqrantların olduğu qayığa atəş açdılar

26 Sentyabr 2018 08:34 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, nəticədə dörd nəfər yaralanıb.

Hadisə Aralıq dənizində baş verib. Zərərçəkənlər Mərakeş vətəndaşlarıdır.

Qayıq İspaniya sahillərinə doğru hərəkət edirmiş.

Bildirilir ki, polis qayığı idarə edən şəxsi saxlayıb.

Bundan öncə verilən məlumatlarda isə hadisə nəticəsində bir qadının öldüyü, daha üç nəfərin yaralandığı deyilirdi.

AzNews.az