Fransa polisi həyəcan təbili çalır

26 Sentyabr 2018 08:11 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Polis İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumata görə, 2017-ci ildə 51, bu ilin əvvəlində isə 48 polis özünə sui-qəsd edib. Bunun səbəbi idarəetmədə bürokratiyanın, iş rejiminin dözülməz, həyat şəraitinin çətin və iyerarxiya təzyiqlərinin olması ilə bağlıdır. Xatırladaq ki, keçən həftə özünə sui-qəsd etmiş polis mayoru Joze Tezan məktub yazaraq iş rejiminin və şəraitinin dözülməz olduğunu, iyerarxiyası tərəfdən təzyiqə və təhqirə məruz qaldığını göstərib. Həmin məktub ölkə mətbuatında dərc olunub.

AzNews.az