Timur Əsgərov “Yay gecəsində yuxu” baletində

26 Sentyabr 2018 09:45 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, səhnə əsərində Oberon obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

AzNews.az