“Təcavüzə məruz qalan yeniyetmə qızlar...” – Terrorçudan etiraf

26 Sentyabr 2018 12:51 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, həmin şəxs PKK-nın İraqın şimalındakı Zap bölgəsində uşaqlardan ibarət 30 nəfərlik ədəstə yaratdığını deyib. Yaşları 9-14 arasında olan dəstədə qızlar və oğlanlar olub.

Terrorçunun dediyinə görə, “Uşaq dəstəsi” adlandırılan qrupun üzvləri cinsi zorakılığa məruz qalıb.

“Cinsi zorakılıqla üzləşən qızlardan bəziləri hamilə qalırdı. Onlar yaxınlıqdakı xəstəxanalara aparılaraq, küstar üsulla aborta məcbur edilirdi. Bu, bəzən onların ölümünə səbəb olurdu”, - deyə həmiş şəxs əlavə edib.

Onun sözlərinə görə, yeniyetmələrdən bəziləri şahidi olduqları hadisələrin təsirindən intihara cəhd edib: “Zorakılığa məruz qalan qızların bəziləri intihar etdi, bəziləri də təşkilatın qərarı ilə öldürüldü. Bütün bunlardan sonra qaçmağa qərar verdim”.

Nurlan AĞA
AzNews.az