Binəqədi bələdiyyəsinə yeni sədr seçilib

26 Sentyabr 2018 13:36 (UTC+04:00)

Bələdiyyə üzvlərinin yekdil qərarı ilə bələdiyyəyə rəhbərlik Yerli İqtisadi Məsələlər daimi komissiyasının sədri Salman Umudova həvalə edilib.

Qeyd edək ki, Salman Umudov Azərbaycan gənclər hərəkatının tanınmış simalarındandır. 1995-2004-cü illərdə o, Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub. Hazırda Gənc Sahibkarlar Birliyinin sədridir.

2005-ci ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli İqtisadi Məsələlər Daimi Komissiyasının sədridir. Salman Umudov 1975-ci ildə anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin "Dövlət İdarəçiliyi” ixtisası üzrə disertantıdır. Evlidir, 3 övladı var. (cebhe.info)

AzNews.az